...

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - RƏSMİ

Hadisə Materials 24 Fevral 2020 11:09 (UTC +04:00)
Bakıda 16 mərtəbəli yaşayış binanda yanğın başlayıb.
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Bakıda 16 mərtəbəli yaşayış binanda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti