...

Qobustanda zəhərlənən 5 nəfərdən biri xəstəxanada öldü

Hadisə Materials 3 Mart 2020 12:53 (UTC +04:00)
Qobustan rayonunda siçan dərmanından zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb
Qobustanda zəhərlənən 5 nəfərdən biri xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Qobustan rayonunda siçan dərmanından zəhərlənən şəxslərdən biri xəstəxanada ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Trend-ə bildirib ki, hadisə nəticəsində zəhərlənən Şıxəliyeva Gülminə Gülbaba qızı qanda olan dəyişiklikdən beyin qansızması keçirib və dünyasını dəyişib: "Zəhərlənən uşaqlardan biri hazırda əməliyyatdadır. Qalan 3 nəfərin isə vəziyyəti stabildir".

Xatırladaq ki, Qobustan rayonunda bir ailənin 5 üzvü - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti