Bakı. Trend:
Füzuli rayonunda 2 otaqlı evli yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli, 2 otaqlı evin mətbəxində lambirindən ibarət tavan 9 m² sahədə və paltaryuyan maşın yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.