...

Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi

Hadisə Materials 19 Mart 2020 10:32 (UTC +04:00)
Bakıda qətl hadisəsi baş verib.
Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi

Bakı. Samir Əli - Trend:

Bakıda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Dağlıq küçəsində qeydə alınıb. Həmin küçədə ev 24, mənzil 17-də yaşayan 1972-ci il təvəllüdlü Bujdelyev Viktor Vladimiroviç çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib və orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.Bujdelyevi qonşusu, Dağlıq küçəsi ev 24 mənzil 21-də yaşayan 1956-cı il təvəllüdlü Əliyev Faiq Allahyar oğlu bıçaqlayıb. F.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti