Xırdalanda ikimərtəbəli evdə yanğın olub

Hadisə Xəbər 20 Mart 2020 11:00 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 450 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının döşəməsi 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti