...

Bakıda oğurluq hadisəsi anbaan kameralarda - 6 min ziyan vurdular (VİDEO)

Hadisə Materials 9 Aprel 2020 12:18 (UTC +04:00)
Bakıda oğurluq hadisəsi anbaan kameralarda - 6 min ziyan vurdular (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Azərbaycan prospekti 29 ünvanında kofe mağazasında qeydə alınıb.

Belə ki, gecə vaxtı obyektin qapısını qıraraq içəri daxil olan iki nəfər şəxs mağazanın ofisindən oğurluq edib. Həmin şəxslər ofisdən mağazaya aid kofe çeşidləri, iki kompüter və fotoaparat aparıblar. Mağaza sahibi bildirib ki, oğrular təqribən 6 min manat civarında ziyan vurublar.

Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə müraciət etdiyini söyləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti