...

Sabunçuda evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 21 Aprel 2020 14:05 (UTC +04:00)
Sabunçuda evdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 11 ədəd radiator, 14 ədəd su diyircəyi (kran) və çilçıraq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti