Bakı. Trend:
Mağazaların birindən 2620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da şəhər ərazisindəki mağazaların birindən 2620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.