...

Bakıda mənzildən külli miqdarda oğurluq edən şəxs tutuldu

Hadisə Materials 30 Aprel 2020 09:27 (UTC +04:00)
Bakıda mənzildən külli miqdarda oğurluq edən şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektindəki mənzillərdən birində qeydə alınıb.

Vətəndaşa məxsus mənzilə daxil olan naməlum şəxs oradan 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və iki ədəd qol saatı oğurlayıb.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti