...

Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

Hadisə Materials 6 May 2020 09:37 (UTC +04:00)
Bakıda velosiped oğurlayan şəxs saxlanılıb.
Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda velosiped oğurlayan şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Nizami rayonu, M.Səfərli küçəsində yaşayan R.Yusufov polisə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1 150 manat olan iki velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1980-ci il təvəllüdlü Orxan Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti