Bakı. Trend:
Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev və Salyan rayon sakini R.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.