...

Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb

Hadisə Materials 22 May 2020 10:36 (UTC +04:00)
Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakıda həyat yoldaşını liftdə qətlə yetirən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 1-də baş verib. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu həmin küçədəki binanın liftində həyat yoldaşı Əsgərova Könül Nadir qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H.Əsgərov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti