...

Atlantik okeanda 5.9 bal gücündə zəlzələ qeydə alınıb

Hadisə Materials 24 May 2020 08:14 (UTC +04:00)
Atlantik okeanda 5.9 bal gücündə zəlzələ qeydə alınıb

Bakı. Trend:

Atlantik okeanda Afrika ilə Cənubi Amerika arasında yerləşən Müqəddəs Yelena adasının cənubunda 5.9 bal gücündə zəlzələ baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.

Zəlzələnin episentri yaşayış məntəqələrindən 900 km-dən çox məsafədə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə hazırda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti