...

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı

Hadisə Materials 3 İyun 2020 12:36 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 11-nə təyin olunub.

İttihama görə, hadisə ötən ilin iyunun 20-də Xəzər rayonunu Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1977-ci il təvəllüdlü Nurəngiz Hüseynova yaşadığı evdə həyat yoldaşı Emin Hüseynov tərəfindən bçaqlanıb. Çoxsaylı bıçaq zərbələri alan Nurəngiz Hüseynova 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, bir gün sonra dünyasını dəyişib.

Emin Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib. Onların birgə nikahlarından 2 övladı var.

İstintaq orqanı tərəfindən Emin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti