...

Tovuzda yaşayış binasında yanğın olub

Hadisə Materials 12 İyun 2020 01:47 (UTC +04:00)
Tovuzda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Tovuz rayonunda beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 130 m2 olan mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m2 sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 7 m2 sahədə əriyib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti