Bakı. Trend:
Samuxda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 12:47-də Gəncə stansiyasından 47 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss edilməyib. Zəlzələnin maqnitudası 3, dərinliyi 13 kilometr olub.