Bakı. Samir Əli - Trend:
Lənkəran rayonunda gənc oğlan suda boğulub.
Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndi ərazisində baş verib. Rayonun Bəlləbur kənd sakini 2000-ci il təvəllüdlü Əliyev Elgün Asəf oğlu bacısı Gülcahan Əliyeva və yeznəsi Elvin Cəfərovla birlikdə Yuxarı Nüvədi kəndi ərazisində dərinliyi 7 metr olan çaya çimməyə gedib.
E.Əliyev üzə bilmədiyi üçün çayın dərin yerində boğulub ölüb. Faktla bağlı araşdırma aparılır.