...

Qusarda evdən oğurluq edən şəxslər saxlanıldı (FOTO)

Hadisə Materials 18 İyun 2020 11:30 (UTC +04:00)
Qusarda evdən oğurluq edən şəxslər saxlanıldı (FOTO)

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərin birindən bir ədəd kompüter dəsti və ona aid aksesuarlar, bir ədəd televizor, bir ədəd ütü, eləcə də müxtəlif növ tikinti təmir alətləri oğurlamaqla zərərçəkmişə ümumilikdə 2538 manat maddi ziyan vuran iki şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Şahmir Ağamirov və Rəsul Savziyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, yaşayış evinə gecə saatlarında qanunsuz olaraq daxil olduqlarını və cinayət yolu ilə əldə etdiyi əşyaları Şahmir Ağamirova məxsus “Niva” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər. Oğurlanan əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti