...

Ağdamda 14 yaşlı oğlanı ilan sancıb

Hadisə Materials 18 İyun 2020 15:41 (UTC +04:00)
Ağdam rayonunda azyaşlı oğlanı ilan sancıb.
Ağdamda 14 yaşlı oğlanı ilan sancıb

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda azyaşlı oğlanı ilan sancıb.

Trend-in məlumatına görə, hadisə rayonun Çıraqlı kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü Xəyal Sahib oğlu Quliyev yaşadığı evin həyətində oynayarkən onu ilan sancıb.

X.Quliyev Ağdam rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Azyaşlının vəziyyəti kafi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti