...

Xüsusi karantin zonalarından Daşkəsən rayonuna gələn şəxslər cərimələnib (FOTO)

Hadisə Materials 10 İyul 2020 11:35 (UTC +04:00)
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir
Xüsusi karantin zonalarından Daşkəsən rayonuna gələn şəxslər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək rayona istirahət üçün gələnlər də olub.

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1- maddəsi ilə protokollar tərtib olunaraq həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti