...

Bakıda "Hyundai" "KamAz"a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi

Hadisə Materials 14 İyul 2020 10:26 (UTC +04:00)
Bakıda yol qəzası baş verib.
Bakıda "Hyundai" "KamAz"a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini R.Abbasov idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəeməni itirib və yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində R.Abbasov, həyat yoldaşı və 3 azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti