...

Bakıda avtomobillə motosiklet toqquşub, ölən var

Hadisə Materials 22 İyul 2020 20:20 (UTC +04:00)
Bakıda avtomobillə motosiklet toqquşub, ölən var

Bakı. Trend:

Yasamal rayonu Kənar dairəvi yolda qəza hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 21-də saat 5 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Tərtər rayon sakini N.Haqverdiyevin idarə etdiyi “Renault” markalı avtomobil və Bakı şəhər sakini Emil Kərimovun idarə etdiyi “Kawasaki” markalı motosiklet toqquşub. Nəticədə E.Kərimov hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti