...

Bakıda tibb bacısı qarət olunub

Hadisə Materials 28 İyul 2020 09:49 (UTC +04:00)
Bakıda tibb bacısı qarət olunub

Bakı. Samir Əli - Trend:

Bakıda tibb bacısı qarət olunub. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında baş verib.

Naməlum şəxs orada işləyən tibb bacısına məxsus içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul qabını götürüb qaçıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Vəli Əlizadə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti