...

Qəbələdə ev yanıb

Hadisə Materials 19 Avqust 2020 09:31 (UTC +04:00)
Qəbələdə ev yanıb

Bakı. Trend:

Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli evin çardağının və aynabəndinin yanar konstruksiyaları 21 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan 2 otağının tavanı 79 kv.m sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti