...

Neftçalanın sabiq baş həkimi və təhsil şöbəsinin müdirinin də həbs müddəti uzadıldı (Əlavə olunub)

Hadisə Materials 11 Sentyabr 2020 12:23 (UTC +04:00)
Neftçalanın sabiq baş həkimi və təhsil şöbəsinin müdirinin də həbs müddəti uzadıldı (Əlavə olunub)

Bakı. Samir Əli -Trend:

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Trend-in məlumatına görə, hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmənin qərarı ilə T.Zahidovun barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, T.Zahidov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Təhsil Şöbəsinin sabiq müdiri Əjdər Kərimovun barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata da baxılıb.

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmənin qərarı ilə Ə.Kərimovun barəsində olan həbs qəti imkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Ə.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

X X X

12.12

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Telman Zahidov Səbail rayon Məhkəməsinə gətirilib.

Trend-in məlumatına görə, sabiq baş həkimin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılır. Prosesə hakim İlkin Rüstəmli sədrlik edir.

Qeyd edək ki, T.Zahidov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı həbs edilən, rayon Təhsil şöbəsinin sabiq müdiri Əjdər Kərimov da Səbail rayon Məhkəməsinə gətirilib.

Sabiq şöbə müdirinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılır. Prosesə hakim İlkin Rüstəmli sədrlik edir.

Qeyd edək ki, rayon təhsil şöbəsinin sabiq müdiri Ə.Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Ona qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti