...

Qəbələ və İsmayıllıda zəlzələ olub

Hadisə Materials 22 Oktyabr 2020 18:07 (UTC +04:00)
Qəbələ və İsmayıllıda zəlzələ olub

Bakı. Trend:

Oktyabrın 22-də Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə - Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti