...

Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb

Hadisə Materials 31 Oktyabr 2020 09:25 (UTC +04:00)
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.

Tovuz rayonunun Alakol kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.

Ağcabədi rayonunun Boyat kəndində ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti