...

Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb

Hadisə Materials 3 Dekabr 2020 14:00 (UTC +04:00)
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb

Bakı. Samir Əli - Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. S.Əlizadə şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti