...

Müalicə aldığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)

Hadisə Materials 9 Dekabr 2020 12:01 (UTC +04:00)
Müalicə aldığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Namiq Həsənli karantin qaydalarına zidd davranaraq şəhər ərazisində hərəkətdə olduğu zaman müəyyən edilərək saxlanılıb.

N.Həsənli polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana geri qaytarılıb. Həmin şəxslə profililaktiki səpkidə söhbətlər aparılıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti