...

Daha iki COVID-19 xəstəsinə cinayət işi açılıb

Hadisə Materials 15 Dekabr 2020 11:36 (UTC +04:00)
Daha iki COVID-19 xəstəsinə cinayət işi açılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabad və Astarada polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha iki şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayon sakini İ.İsazadə və Astara sakini M.Nəbiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar ictimai yerdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti