Bakıda quyuya düşən şəxs xilas edilib

Hadisə Xəbər 27 Dekabr 2020 10:56 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş dərinliyi təqribən 9 m olan quyuya düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın quyudan çıxarılmasını təmin ediblər.

Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti