...

Evin 1-ci mərtəbəsindəki qarajda avtomobil yanıb, 5 nəfər təxliyə edilib

Hadisə Materials 28 Dekabr 2020 09:23 (UTC +04:00)
Evin 1-ci mərtəbəsindəki qarajda avtomobil yanıb, 5 nəfər təxliyə edilib

Bakı. Trend:

Xaçmaz rayonunda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti