Qubada ev yanıb

Hadisə Xəbər 2 Yanvar 2021 09:50 (UTC +04:00)

Bakı. Trend:

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli taxta konstruksiyadan ibarət ev və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti