...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 4 Yanvar 2021 08:54 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti