...

Türkiyədə zəlzələ baş verib

Hadisə Materials 17 Yanvar 2021 14:15 (UTC +04:00)
Türkiyədə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Elazığ şəhərində Ankara vaxtı ilə saat 12:24-də (13:24 Bakı) Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 17,14 kilometr dərinlikdə yerləşib. Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar yerli əhalidə böyük təşviş yaradıb.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Qeyd edək ki, Elazığ hazırda Anadolunun ən həssas tektonik bölgələrindən biri hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti