...

İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb

Hadisə Materials 22 Yanvar 2021 12:10 (UTC +04:00)
İsmayıllı və Qəbələ sakinlərindən odlu silah götürülüb

Bakı. Trend:

İsmayıllı və Qəbələ Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllıda rayonun Qalagah kənd sakini T.Yəhyayevdən müvafiq sənədləri olmayan “İJ-16”, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Nic qəsəbəsində yaşayan F.Alməmmədovdan “İJ-18” markalı öv tüfəngləri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti