Bakı. Trend:
Yeni Zelandiyanın Şimali adasında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Geoloji xidmət məlumat verib.
Məlumata görə, yeraltı təkanların episentri Oklendin 400 km cənub-şərqində yerləşən Te-Kaha adlı kiçik kurort şəhərinin sahilindən 70 km şimalda, Plenti körfəzində olub. Ocaq 118 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar haqqında məlumat alınmayıb. Sunami təhlükəsi elan edilməyib.