...

Daha bir rayonda zəlzələ olub

Hadisə Materials 8 Fevral 2021 11:37 (UTC +04:00)
Daha bir rayonda zəlzələ olub

Bakı. Trend:

Şamaxıda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənubda Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,8, dərinliyi 3 km. olub. Yeraltı təkan hiss olunmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində də zəlzələ qeydə alınıb.

Zəlzələnin maqniyudası 4, dərinliyi 3 km. olub. Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti