...

Ötən gün borca görə axtarışda olan 23 nəfər saxlanılıb

Hadisə Materials 12 Fevral 2021 10:13 (UTC +04:00)
Ötən gün borca görə axtarışda olan 23 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbaut xidmətindən Trend-ə veriln məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti