...

Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

Hadisə Materials 15 Fevral 2021 15:05 (UTC +04:00)
Hacıqabulda qanunsuz ov edən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxsdən “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti