...

Almaniyada supermarketlər şəbəkəsinin ofisində partlayış törədilib

Hadisə Materials 18 Fevral 2021 04:02 (UTC +04:00)
Almaniyada supermarketlər şəbəkəsinin ofisində partlayış törədilib

Bakı. Trend:

Almaniyanın cənub-qərbində yerləşən Nekkarzulm şəhərində "Lidl" supermarketlər şəbəkəsinin ofis binasında partlayış olub.

Trend-in Xinhua-ya istinadən verdiyi məlumata görə, hadisə zamanı üç nəfər yaralanıb

Yerli polis partladıcının poçt vasitəsi ilə göndərildiyini bildirir. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda ofis binası tam boşaldılıb, yanğınsöndürmə xidməti və polis əməkdəşları ərazini mühasirəyə alıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti