...

Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb

Hadisə Materials 18 Fevral 2021 15:03 (UTC +04:00)
Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb

Bakı. Trend:

Ağstafa rayon ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Polis Şöbəsində onlardan bir ədəd “Dragon” və “İJ” markalı 12 kalibirli ov tüfəngləri və bir ədəd ovlanmış dovşan aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti