...

Qubada avtomobil oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 18 Fevral 2021 16:26 (UTC +04:00)
Qubada avtomobil oğurlayan şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Quba rayonunda avtomobil oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə fevralın 16-da Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilib. Keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Raman Mirzəliyev saxlanılıb.

Raman Mirzəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Quba rayonu ərazisində yerləşən bağ sahələrinin birindən bir ədəd motorlu mişar da oğurladığı müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməlləri etiraf edib.

Faktlarla bağlı Quba RPŞ-də Təhqiqat qrupunda araşdırmalar aparılır. Raman Mirzəliyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti