...

Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb

Hadisə Materials 6 Mart 2021 01:22 (UTC +04:00)
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb

Bakı. Trend:

Misirdə mikroavtobus və yük maşını toqquşub.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticində 18 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza Qiza əyaləti ilə Qahirənin cənubunda yerləşən Beni Suef vilayəti arasındakı magistral yolda baş verib. Hər iki avtomobil yoldan çıxıb, yük maşını aşıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti