Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının (məcburi köçkünlərin məskunlaşdığı) 5-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 24 m² sahədə və taxta konstruksiyalardan ibarət eyvanlar ümumilikdə 27 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 35 nəfər yataqxana sakini təxliyə edilib, 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
XXX
08.35
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Trend FHN-ə istinadən xəbər verir.
XXX
08:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.