...

Gecə işləyən restoranın icarədarı və müştərilər cərimələnib

Hadisə Materials 2 Aprel 2021 10:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qubada gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında inzibati ərazidə xidmət aparan zaman rayonun Barlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən restoran aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elnur Həsənəliyev və orada olan müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti