...

Kolumbiyada 5,1 bal gücündə zəlzələ olub

Hadisə Materials 3 Aprel 2021 04:09 (UTC +04:00)
Kolumbiyada 5,1 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Kolumbiyanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Kolumbiyanın Milli Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla 17:44-də (02:44 GMT+4, 3 aprel) qeydə alınıb. Yeraltı təkanların episentri 29 min sakinin yaşadığı Riosusiyo bələdiyyəsində (Çoko departamenti), ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti