...

Bakıda daha bir mənzildən meyit tapılıb

Hadisə Materials 3 Aprel 2021 21:05 (UTC +04:00)
Bakıda daha bir mənzildən meyit tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Məmmədov Əfqan Qazəhməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti