...

Bakıda istirahət mərkəzində yanğın olub

Hadisə Materials 12 Aprel 2021 08:29 (UTC +04:00)

Bakı. Trend:

Bakıda istirahət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda istirahət mərkəzinin ərazisində hər mərtəbəsi 600 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 44 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti