...

Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb

Hadisə Materials 14 Aprel 2021 15:45 (UTC +04:00)
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb

Bakı. Samir Əli - Trend:

Saatlı rayon sakinindən odlu silahlar aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti